Goranboyda hərbçiləri daşıyan "QAZ-52" markalı avtomobil minik avtomobilinə çırpılıb, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
"N" saylı hərbi hissəyə məxsus "QAZ-52" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı "VAZ" markalı avtomobillə çırpılıb.
Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onlar yaxınlıqdakı şəxslərin və təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən hərbi qosbitala aparılıblar.
Faktla bağlı araşdırma aparılır.