Vilayət Eyvazov kapitana vəzifə verdi

16:58 / 14.11.2022
1248

Astara Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Orxan Novruzov Astara RPŞ-nə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinatadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

0