Prezident Əhliman Əmiraslanovla bağlı sərəncam imzaladı

ÖLKƏ
17:24 / 16.11.2022
982

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

MilliYol.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, tibb elmləri doktoru, professor Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin sabiq üzvüdür. 1947-ci ilin 17 noyabrında dünyaya gələn rektorun sabah 75 yaşı tamam olur.

0