Oxbridge Akademiyasının şagirdləri Azərbaycana 6 qızıl, 15 gümüş medalla qayıdır - FOTO/VİDEO

ÖLKƏ
12:52 / 17.11.2022
1014

9-16 Noyabr tarixlərində ABŞ-ın dünya şöhrətli Yale Universitetində “The World’s Scholar Cup” Beynəlxalq Elm Olimpiadasının yekun turu keçirilmişdir.

Valyuta.az Azərbaycanın nüfuzlu beynəlxalq məktəblərindən olan Oxbridge Akademiyasının şagirdləri Yale Universitetinin ev sahibliyi etdiyi “The World’s Scholar Cup”ın final mərhələsində iştirak ediblər.

Oxbridge şagirdləri ilk iki turu Bakı və Dubayda keçirilən olimpiadalarda müvəffəqiyyət qazanaraq ABŞ-da keçirilən yekun turda iştiraka nail olmuşdur.

“The World’s Scholar Cup” hər il 65-dən çox ölkəni təmsil edən 15000-dən çox şagirdin iştirak etdiyi beynəlxalq akademik yarışmasır.

Azərbaycanı təmsil edən Oxbridge Academiyasının 14 nəfərlik şagird heyəti Yale Universitetində keçirilən yekun mərhələdə Azərbaycana 6 qızıl və 15 gümüş medalla qayıtmağa müvəffəq olmuşdur.

Şagirdlərimizi təbrik edirik.

0