Vilayət Eyvazovdan yeni təyinat

12:25 / 04.12.2022
912

Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalışıb.

0