Sənubər Nəzərova mətbuat katibi təyin edildi

ÖLKƏ
11:35 / 05.12.2022
686

"Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyişikliyi olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, "Teknofest Azərbaycan" ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb.

0