Azərbaycanda Milli Tibbi Xilasetmə Qrupuna (UMKE) oxşar strukturun yaradılması məqsədilə azərbaycanlı səhiyyə işçilərinətürkiyəli mütəxəssislər tərəfindən təlim verilməyə başlanılıb.
HİT.az xəbər verir ki, 2021-ci il fevralın 9-da imzalanmış “Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 9-cu İclası Protokoluna uyğun olaraq işləri davam edən Fəaliyyət Planının “Türkiyə Milli Tibbi Xilasetmə Qrupu ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa başlanılması” maddəsinə uyğun olaraq 72 azərbaycanlı səhiyyə işçisinə təlim keçilir.
Təlimlər həm Azərbaycanda, həm də Türkiyədə eyni vaxtda keçirilir.
Fövqəladə Hallar Nazirliyi akademiyasının tədris mərkəzində 50, İzmir Urla beynəlxalq təlim və simulyasiya mərkəzində isə 22 nəfərintəliminə başlanılıb. Sözügedən şəxsi heyətlə Azərbaycan Tibbi Xilasetmə Qrupunun infrastrukturunun yaradılması nəzərdə tutulur.
Fövqəladə Hallar Nazirliyi akademiyasının tədris mərkəzində təşkil edilən açılış proqramında akademiyanın prezidenti Baba Salayev, Türkiyə Respublikası Təcili Tibbi Yardım Baş İdarəsinin Fövqəladə Halların İdarə Edilməsi şöbəsinin müdiri Şükrü Yorulmaz və səhiyyə işçiləri iştirak ediblər.
Ş.Yorulmaz tədbirdəki çıxışında Türkiyənin tibbi xilasetmə sahəsindəki təcrübəsini dost və qardaş ölkələrlə bölüşməkdən məmnunluğunu ifadə edib.
Başlatdıqları təlim proqramı ilə uzunmüddətli perspektivdə Türkiyə və Azərbaycan olaraq kimi dost və qonşu coğrafiyalarda üzərinə düşəni edərək türk dünyasına insan yönümlü davamlı töhfə verəcəklərini vurğulayan Yorulmaz bunları deyib:
“Biz Azərbaycanla əməkdaşlıq edərək, gələcəkdə digər dövlətlərin də səhiyyə kadrlarının yetişdirilməsi və milli tibbi xilasetmə qruplarının yaradılması vizyonuna əsaslanaraq bu sahədə çalışan səhiyyə işçiləri arasında ünsiyyət kanalı yaratmağı və birlikdə ümumi iş dili yaratmağı planlaşdırırıq”.
Akademiyanın prezidenti Baba Salayev isə Türkiyənin təcrübəsinin vacib olduğunu bildirib və proqramın iştirakçıların bilik və bacarıqlarının inkişafına böyük töhfə verəcəyini qeyd edib.
5 gün davam edəcək proqramda azərbaycanlı səhiyyə işçilərinə həm nəzəri, həm də praktiki təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə təlimlər veriləcək.