Son sutkanın yoluxma statistikası

ÖLKƏ
16:41 / 09.12.2022
488

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 348, bu günə qədər isə ümumilikdə 7 391 267 test icra olunub.

Ötən gün koronavirus əleyhinə 300 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 132, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 925 234, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 639, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 762, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 173 nəfər təşkil edir.

0