Futbol oyununu idarə edib Bakıya qayıdan hakimlər DƏHŞƏT YAŞADILAR - Bir ölü, beş yaralı - VİDEO

ÖLKƏ
23:29 / 11.12.2022
1100

Yevlaxda futbol hakimləri qəzaya düşüblər. Ağır yol- nəqliyyat hadisəsi Mingəçevir -Bəhramtəpə yolunun rayonun Tanrıqulular kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

Məlumata görə, hakimlər 1-ci divizionda "Mingəçevir" və "Qaradağ -Lökbatan" komandaları arasındakı oyunu idarə etdikdən sonra Bakıya qayıdırmışlar. Hər iki faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0