Şuşa-Xankəndi yolunda aksiya davam edir, Azərbaycan himni səsləndirilib - VİDEO/YENİLƏNİB

ÖLKƏ
14:58 / 12.12.2022
1254

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

“Report”un Qarabağa ezam olunmuş əməkdaşının məlumatına görə, aksiya iştirakçıları Azərbaycan himnini səsləndiriblər.

10.36

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.

Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.

Etiraz aksiyasının iştirakçıları çadırlar qururlar. Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.

0