Prezident Nərgiz Paşayeva ilə bağlı sərəncam imzaladı

ÖLKƏ
09:52 / 13.12.2022
1045

Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə dünyaya gəlib.

0