General Oruc Zalov işdən çıxarıldı - Yerinə o təyin olundu

ÖLKƏ
12:22 / 17.12.2022
817

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

HİT.az xəbər verir ki, general xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Oruc Zalovun yerinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

0