"Son zamanlar xanımlarımızla bərabər kişi pasiyentlərin də müraciəti çoxluq təşkil edir. Kişilərdə daha çox çapıq müalicəsinə üz tuturuq".
Hit.Az xəbər verir ki, bunu "Azerbaijan Women Platform"un üzvü həkim-kosmetoloq Günay Əliyeva müsahibələrinin birində deyib.
Xarici ölkələrlə müqayisədə ölkəmizdə kosmetologiyanın inkişafı barədə danışan Günay xanım həkimlərimizin heç də onlardan geri qalmadığını ifadə edib:
"Səyahət etməyi çox sevirəm. Səyahət etdikcə ağlıma yeni fikirlər, yeni ideyalar gəlir və bunları gələcəkdə işimdə reallaşdıracağıma ümid edirəm. Səyahət blogeri kimi getdiyim yerlərdən xüsusi reportajlar, maraqlı kardlar çəkib paylaşmağı sevirəm. Maraqlı kadrları fərqli baxış bucağından çəkməyi və paylaşmağı bacarıram və düşünürəm ki, bu məndə gözəl alınır. Ən azı izləyicilərimin maraqla baxmasından bunu hiss etmək mümkündür. Bəzi ölkələr var ki, həqiqətən estetik sahənin inkişafında öndədir və ya orada inkişaf sürətli gedir. Amma çox sevinclə onu qeyd edə bilərəm ki, bizim həkimlərimiz heç də onlardan geri qalmır. Hətta işin professionallığında onları ötüb keçirlər belə. Çünki bizim həkimlərimiz bilikli və öz üzərində çalışandırlar. Bir çox ölkələrdə seminarlarda, konqreslərdə iştirak edirəm və eyni zamanda bizim həkimlərimizin çıxışlarını da görürəm. Müqayisə apardıqda və bizim kosmetoloq həkimlərin qat-qat öndə olduğunu gördükdə qürur duyuram".
Xəyal Abdullayev