Son sutkada 107 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

ÖLKƏ
17:37 / 20.12.2022
551

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 253, bu günə qədər isə ümumilikdə 7 410 224 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 315 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 135, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 928 176, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 048, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 996, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 423 nəfər təşkil edir.

0