Miqrasiya Şurasının sədri: “Dedilər yaşamayacaqsan, ailənlə vidalaş” - VİDEO

ÖLKƏ
22:45 / 20.12.2022
942

"Həkim dedi ki, biz əlimizdən gələni etdik, istəyirsən, ailəni çağır, vidalaş”.

Bunu Baku TV-nin "Arzunun vaxtı” verilişində Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoban deyib.

Uzun müddət xərçəngdən əziyyət çəkən sədr xəstəliyə qalib gəldikdən sonra bu vəzifəyə seçilib.

Xəstəliyini Azərbaycanda öyrənən Gökhan Çoban diaqnozu dəqiqləşdirmək üçün Türkiyəyə gedib:

"Türkiyəyə çatdım. Həkim dedi ki, bura necə gəlmisən? Sən bu vəziyyətdə ya reanimasiyada olmalı idin, ya da ölməli idin”.

Sədrin sözlərinə görə, xərçənglə mübarizə zamanı o, başqa xəstəliyə də tutulub.

"Sümük iliyi köçürülən 6 nəfər idik. Transplantasiyası uğurlu keçən xəstələrin hamısı bir müddət sonra vəfat etdi. Təkcə mənim nəticəm bəlli deyildi. Nəsə problem var deyirdilər və mən müalicəsi olmayan xəstəliyə tutuldum. İmmunitetim sıfır olduğuna görə bu, ortaya çıxmışdı. Lakin virusdan qurtulmağın yolunu tapdım və ona qalib gəldim”, - deyə G.Çoban qeyd edib.

Daha ətraflı süjetdə:

0