Azərbaycan Xankəndi ilə bağlı xüsusi plan hazırlayır.
Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O deyib ki, Xankəndi, Xocavənd, Füzuli üzrə baş planlar hazırlanıb.
Bu planlarda əhalinin geri qayıtmasını təmin edən mühüm amillər nəzərə alınıb.
Anar Quliyev onu da əlavə edib ki, 2024-2026-cı illərdə işğaldan azad edilən ərazilərə 34,5 min ailənin köçürülməsi nəzərdə tutulur. //Milli.az