Kamran Əliyevdən iki təyinat - YENİLƏNİB

ÖLKƏ
14:50 / 26.12.2022
780

Baş Prokurorluqda yeni təyinatlar olub.

HİT.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin əmri ilə Vüsal Əliyev Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin edilib.

Bundan başqa, Ceyhun Hümbətov Baş Prokurorun böyük köməkçisi vəzifəsinə təyinat alıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

14.34

Baş Prokurorluqda yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Hümbətov Ceyhun Eldar oğlu Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu vəzifəni daha öncə Mahir Abbasov tuturdu. O, bir neçə gün öncə Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

0