Bakıda məşhur müğənninin “Range Rover”indən 6 min manat oğurlandı

ÖLKƏ
12:14 / 02.01.2023
1314

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. 

Bu barədə HİT.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.

1