Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOLARI

12:58 / 02.01.2023
8853

Xəbər verdiyimiz kimi, dünən Bakıda ağır yol qəzası baş verib.

Hadisə "Toyota Prius” və "Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın yoluna çıxması nəticəsində baş verib. 

Nəticədə avtomobillərdə olan 3 nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb. 

Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

Qəzada vəfat edən "Toyota Prius"un sürücüsü Pərviz Əlizadənin fotolarını təqdim edirik: //AZXEBER.COM

2