Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

11:52 / 05.01.2023
2049

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

0