Ölən polislərdən biri Ramiz Mehdiyevin kürəkəninin qohumudur

ÖLKƏ
10:52 / 10.01.2023
919

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA sabiq prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin (Əli-Səftər) yaxın qohumudur. 

Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

0