Əhmədlidə işıqlar sönüb - SƏBƏB...

23:12 / 10.01.2023
1072

Bakının Xətai rayonunda işıqlar sönüb.

Hit.Az “musavat.com”a istinadən xəbər verir ki, Əhmədli qəsəbəsində bir neçə küçədə elektrik enerjisinin verilişində problem yaranıb.

"Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlunun bildirdiyinə görə qəza xidməti problemi aradan qaldırmağa çalışır: "Muftada qızma olub. Buna görə transformatora elektrik verilişi dayandırılıb. Çox güman ki, qabaqlayıcı tədbir kimi yenilənmə edilir. Problem qısa zamanda həll olunacaq".

0