Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı

ÖLKƏ
13:09 / 11.01.2023
1451

Bakıda 19 yaşlı oğlan özünü çoxmərtəbəli binadan atıb.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə saat 21 radələrində 2004-cü il təvəllüdlü O.İ. özünü Binəqədi rayonu İ.Hacıyev küçəsində yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından atıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O.İ. reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

0