Nazir Nasir Babayevi yenidən rəis təyin etdi

ÖLKƏ
16:18 / 11.01.2023
926

Nərimanov rayon Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik-leytinant Nasir Babayev sözügedən idarənin rəis müavini vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Nərimanov rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, polkovnik-leytenant Nasir Babayev ötən ilin may ayında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Nərimanov rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilmişdi.

0