Cavid Qurbanovun qardaşı naxçıvanlı nazirin yerinə təyin olundu

ÖLKƏ
14:59 / 13.01.2023
1104

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun qardaşına yeni vəzifə verilib. 

HİT.az-ın məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov əmri ilə Abşeron Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib. 

Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov ötən ay Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

0