Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

ÖLKƏ
10:13 / 17.01.2023
821
Sabiq nazir Namiq Nəsrullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
"Unikal"ın məlumatına görə, o, həmçinin Hesablama Palatasının ilk sədri olub.
 
Qeyd edək ki, N.Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.
 

0