“Nar” mobil operatoru aylıq xidmət haqqını iki dəfə artırıb.
Hit.Az Pravda.az-a istinadən xəbər verir ki, bundan sonra “Nar” abonentlərindən “Buraxılmış zəng” xidməti üçün aylıq 0.10 AZN deyil, 0.20 AZN tutulacaq.
Xidmətin bahalaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, qiymətlərin deyil, keyfiyyətin artırılmasına üstünlük vermək lazımdır.