Baş Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirir

ÖLKƏ
10:49 / 26.01.2023
431

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

HİT.az-ın məlumatına görə, hazırda İdarə ərazisində əməliyyat tədbirləri aparılır.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, məlumatı ilk olaraq "unikal.az" saytı yayıb.

0