Son sutkada neçə nəfər koronavirusa yoluxub?

ÖLKƏ
16:57 / 04.02.2023
497

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir.

Ölkədə son sutka ərzində 1485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 433 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 199, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13943740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5402669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4877304, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3398451, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265316 nəfər təşkil edir.

0