"Tez-tez çəkilişlərə, tədbirlərə dəvət alıram" - Tanınmış iş xanımından açıqlama

ÖLKƏ
15:20 / 01.02.2023
1181

"Əvvəllər reklam üçün televiziyaları çağırırdım, indi isə özləri dəvət edirlər. Getdiyin arzulara onda tez çatırsan ki,  məqsədlərin olur, gözəl və uğurlu insanlarla dolu ortamda olursan".

Bunu tədbirlərin birində Hit.Az-a açıqlamasında biznes ledy, "Safely Beauty Zone"nın rəhbəri Səfayət Mürsəlova deyib.

O, hər gün tədbirlərə dəvət aldığını, lakin vaxt çatışmazlığından hər birinə gedə bilmədiyini bildirdi:

"Pandemiyadan sonra keçirilən tədbirlərin demək olar bir çoxuna dəvət alıram. Amma əfsuslar olsun ki, vaxtım çox az olur və bir çoxuna gedə bilmirəm. Kifayət qədər tanınıram. Bu yerə gəldiyim üçün ilk növbədə Allahıma təşşəkkür edirəm. Yanımda olan doğmalarıma da hər zaman minnətdaram. Ümumiyyətlə, biznes qurursansa ən çətin hissəsi başlamaqdır. Bir şeyin alınmayacağı və ya plana uyğun getməyəcəyi, maliyyə resurslarını itirmək qorxusu var. Hətta deyə bilərəm ki, bu istiqamətdə uğur qazanmaq çox çətindir. Amma hədəfinə istiqamətlənsən bunu daha tez bacara bilərsən. Misal üçün deyə bilərəm ki, "Əvvəllər reklam üçün televiziyaları çağırırdım, indi isə özləri dəvət edir. Getdiyin arzulara onda tez çatırsan ki, məqsədlərin olur, gözəl və uğurlu insanlarla dolu ortamda olursan. Yəni bu mənim subyektiv fikrimdir. Əgər sizin haqqınızda danışırlarsa, deməli maraqlısınız. Yəni özündən söz etdirə bilmisinizsə deməli arzuladığınız yerdəsiniz. Mən düşüncənin gücünə inanıram, təsəvvür etməyi xoşlayıram, bütün arzularımı qeydlərə yazıram - hamısı gerçəkləşir. Əsas odur ki, sadəcə oturub gözləmək deyil, düzgün istiqamətdə hərəkət etməkdir. Hədəflərim haqqında danışmağı sevmirəm, amma onlar çox aydındır. İşimiz haqqında ilk düşünəndə özümə uğurlu brend etmək vəzifəsi qoymuşdum".

0