Türkiyədə azərbaycanlı tələbənin meyiti dağıntılar altından çıxarıldı

ÖLKƏ
22:24 / 09.02.2023
1346

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbədən biri olan Şahin Vəliyevin cansız bədənini dağıntılar altından çıxarıblar.

Bu barədə Ş. Vəliyevin müəllimi Hülya Bektaş Bingöl Feysbuk sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Ş.Vəliyev Malatyadakı İnönü Universitetinin tələbəsidir.

Xatırladaq ki, 3 azərbaycanlı tələbə Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə hələ də itkin düşmüş sayılır.

0