Hüseyn Altınalan: “Azərbaycan yas tutur, heç kimin kefi yoxdur”

ÖLKƏ
16:58 / 10.02.2023
767

“Azərbaycan da yas tutur. Heç kimin kefi yoxdur. İctimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir".

HİT.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan "Twiter"də yazıb.

"Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”, deyə Hüseyn Altınalan bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb. Son məlumata görə, indiyədək 18 991 nəfər həlak olub, 75 523 nəfər isə yaralanıb.

0