Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü

ÖLKƏ
11:47 / 11.02.2023
642

Həbsdə olan Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

HİT.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova deyib. Vəkil bildirib ki, Bəxtiyar Hacıyevin müalicə müəssisəsinə köçürülməsi barədə onun qardaşına məlumat verilib.

Qeyd edək ki, ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

0