"Boğuluram, hər şey boğazımda düyünlənib" - Tünzalə Cəfərova Türkiyədəki faciədən danışdı

ÖLKƏ
23:32 / 11.02.2023
1453

"Qardaş Türkiyədə bazar ertəsi günü baş vermiş zəlzələdən ölənlərin sayı 22 327 nəfərə çatıb, 80278 nəfər yaralı var. Bu, doğurdan çox ciddi rəqəmdir. Nə deyəcəyimi belə bilmirəm. Boğuluram, dəfələrlə ağlamaq da olmur, hər şey boğazımda düyünlənib. Hisslərimi sözlə ifadə edilə bilmirəm".

Hit.Az xəbər verir ki, bunu Türkiyədə baş verən dağıdıcı zəlzələ barədə açıqlama verən iş xanımı Tünzalə Cəfərova deyib. 

O, Türkiyənin güclü zəlzələnin ağır nəticələrinin öhdəsindən layiqincə gələcəyinə inandığını ifadə edib:

"Dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Vallah ürəyimiz parçalandı. Dağıntılar altından onlarla körpə uşağın cansız bədəni çıxarıldı. Param-parça olduq. Türkiyə xalqına başsağlığı bildirirəm. Bu ağrılı-acılı gündə qardaş və bacılarımızın yanındayıq. Türkiyə və onun xalqı güclü zəlzələlərin ağır nəticələrinin öhdəsindən layiqincə gələcək. Düşünürəm ki, qardaş ölkəm beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu böyük faciənin vurduğu yaraları sağalda biləcək". 

İş xanımı Azərbaycanın xalqının Türkiyəyə göstərdiyi yardımlarla bağlı məsələyə də toxunub.

"Altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu Türkiyəyə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun. Doğurdan da bizim xalqımız gözəl ürəyə sahibdir və öz qardaşını darda qoymaz, qoymadı da. Başın sağ olsun, qardaş Türkiyə xalqı. Kədəriniz-kədərimizdir", - deyə T. Cəfərova sözlərini tamamlayıb.

0