Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

ÖLKƏ
11:57 / 22.02.2023
759

Lerik rayonunda zəlzələ olub.

Bu barədə HİT.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

0