Tağı Əhmədov yeriyə bilmir, ayaqları tutulub

ÖLKƏ
14:34 / 23.02.2023
1022

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.

Bu barədə Manset.az-a açıqlamasında onun həyat yoldaşı Salatın Əhmədli bildirib. Xanımı Tağı Əhmədov Bakıda yerləşən Özəl Xəstəxanalardan birinə yerləşdirilib: 

“Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir.Onun ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər onun bu probleminin düzələcəyini bildirirlər.Hazırda Tağı Əhmədov tam tutulub, yeriyə bilmir”.

1