Elşən Xəzər: "Hacı Şahin səhhətindən heç vaxt şikayət etməmişdi"

ÖLKƏ
13:55 / 02.03.2023
412

"Burada olan insanların sayına baxanda nə baş verdiyini bilmək olur. Böyük itki, böyük hüzndür. Allah günahlarını bağışlasın, əgər varsa. Səhhətində hər hansı problemin olduğunu bilmirdim".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Hacı Şahin Həsənli ilə vida mərasimində iştirak edən meyxanaçı Elşən Xəzər deyib.

Sonuncu görüşlərindən danışan Elşən Xəzər Hacı Şahin Həsənlinin səhhətində hər hansı problemi olduğunu demədiyini bildirib: "Səhhətindən heç vaxt şikayət etməmişdi. Sonuncu dəfə bir həftə əvvəl məclislərin birində görüşmüşdük. Səhhəti yaxşı idi. Yoldaşlar var ki, dünən danışdıqlarını deyir. Hər şeyin normal olduğunu bildirib".

0