Baş Prokurorluq: "Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır"

ÖLKƏ
16:02 / 02.03.2023
1274

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

0