Azərbaycanda daha bir zəlzələ oldu

ÖLKƏ
21:32 / 04.03.2023
857

Gün ərzində Hacıqabul rayonunda 5-ci dəfə zəlzələ olub.

Bu barədə Hit.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilir ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.  

0