Daha bir hərbçimiz şəhid oldu - RƏSMİ

ÖLKƏ
00:27 / 06.03.2023
1118

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Hit.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

0