SON DƏQİQƏ! Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu

ÖLKƏ
14:16 / 07.03.2023
2095

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Kamaz"la toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (unikal)

1