Bakıda atışma: Xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

ÖLKƏ
15:27 / 10.03.2023
1191

Bakıda silahlı insident zamanı 2 nəfər xəsarət alıb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıb.

14.58

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Məlumat HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.

 

0