İnsan öz-özünün yaşam koçu ola bilərmi? - Könül İsmayılovadan açıqlama

ÖLKƏ
21:04 / 11.03.2023
1712

"Doyurucu bir həyat sürmək istəyən şüurlu bir fərd olaraq mən də bu unikal metodun faydalarından bəhrələnirəm".

Bunu Hit.az-a açıqlamasında yaşam koçu könül ismayılova deyib.

Onun sözlərinə görə, iki insanın birgə kouçinq əlaqəsini heç nə əvəz edə bilməz:

"Həm bəli, həm də yox. Koçluq bacarıqları əldə etdikdə özünüzlə ünsiyyətiniz və məlumatlılığınız artır. Özünüzə daha güclü suallar verirsiniz və daha təsirli cavablar alırsınız. Nə istədiyinizi bilirsiniz və hərəkətə keçirsiniz. Bununla belə, bu iki insanın birgə kouçinq əlaqəsini heç nə əvəz edə bilməz. Doyurucu bir həyat sürmək istəyən şüurlu bir fərd olaraq mən də bu unikal metodun faydalarından bəhrələnirəm. Dünyanın bir çox uğurlu koçlarının da öz koçu var. Kouçinqdən xəbəri olan insanlar bu əlaqənin gücünə inanır və koç işə götürərək özlərinə daha mənalı həyat verirlər".

0