Nazirlik: Ali məktəblərdə dövlət imtahanı ləğv olunub

ÖLKƏ
13:08 / 13.03.2023
515

Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.

Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.

O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:

"Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".

0