Kürün su problemi bitdi, yoxsa daha ağır günlər gəlir?

ÖLKƏ
14:08 / 17.03.2023
1189
"Salyanda suyun səviyyəsinin artması insanlarda elə fikir yaratmasın ki, iyun-avqust aylarında da belə olacaq. Təxminən iyun ayının ortalarından sonra Azərbaycanda su ilə bağlı daha ciddi çətinliklər yaranacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov bu günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsinin qalxmasına münasibət bildirərkən deyib. O, bunu son iki gündə dağ rayonlarında intensiv yağan yağışlarla əlaqələndirib:
 
 
"Türkiyənin, Gürcüstanın əksər bölgələrində də intensiv yağışlar yağıb. Yağış yağanda nə baş verir? Mən əvvəlki müsahibələrimdə demişdim ki, qarşıdan yaz gəlir, intensiv yağışlar yağacaq. Yağışlar çaylarda su bolluğu yaradacaq və müvəqqəti olaraq suya olan ehtiyac ödəniləcək. Amma iyul-avqust aylarında biz daha ciddi problemlə üzləşəcəyik”. 
 
 
Vahid Məhərrəmov qeyd edib ki, intensiv yağan yağışlardan sonra suyu anbarlarda yığmaq lazımdır:
 
"Su anbarları lildən dolub, onlar təmizlənməlidir. Xüsusən də böyük anbarlar. Mingəçevir Su Anbarı dolub, indi əvvəlki həcmdə su saxlamır. Hazırda anbarda daha az su yığılır. Buna görə də mövcud olan su anbarları lildən təmizlənməlidir”.
0