Əli Sultanlı direktor TƏYİN OLUNDU

ÖLKƏ
13:24 / 28.03.2023
639

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib. 

Hit.az xəbər verir ki, Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi. 

Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.   Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.   Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir. 

0