SON DƏQİQƏ: Deputat Fazil Mustafa güllələndi

ÖLKƏ
22:34 / 28.03.2023
1097

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır. DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

0