Azərbaycan ərazisindən tranzit keçən sürücülər yol vergisi ödəyəcək

ÖLKƏ
19:49 / 29.03.2023
520

Prezident İlhan Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Hit.az xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, bundan sonra Azərbaycan ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisinin ödəyicisi hesab olunacaq.

İndiyə qədər yol vergisinin ödəyicisi Azərbaycan ərazisinə daxil olan, həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər sayılırdı.

0