Bakıda avtomobil qadını vuraraq öldürüb

ÖLKƏ
11:03 / 30.03.2023
619
Bakıda avtomobil qadını vuraraq öldürüb. Hadisə martın 29-da paytaxtın Pirallahı-Qala avtomobil yolunun Pirallahı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Həsənov Əli Vaqif oğlu idarə etdiyi “Dacia Logan” minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanıb.
0