Azərbaycan Mərkəzi Bankı standart məlumatlandırma forması hazırlayacaq

ÖLKƏ
20:02 / 31.03.2023
524

Prezident İlham Əliyev “Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qanunun tətbiqi və dövlət başçısının 25 aprel 1991-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə”də, 3 yanvar 1999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 30 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də, 26 dekabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”də, 21 noyabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Hit.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı Mülki Məcəlləyə uyğun olaraq, standart məlumatlandırma formasını 4 ay müddətində təsdiq edib prezidentə məlumat verməli, "Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

0